ABŞ müdafiə naziri: Sarsıdıcı zərbə endirəcəyik

30.09.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin Müharibə Nazirliyinin yeni missiyası yalnız döyüş əməliyyatlarının aparılması olacaq.

"Ölkə.az" xəbər verir ki, bu barədə ABŞ Pentaqonunun rəhbəri Pit Heqset iclasda çıxışı zamanı bildirib.

"Bu andan etibarən yeni bərpa edilmiş müharibə nazirliyinin yeganə missiyası bundan ibarətdir: müharibə aparmaq, müharibəyə və qələbəyə hazırlaşmaq. Burada heç kim müharibə olmasını istəmir", - P.Heqset deyib.

Pentaqon rəhbəri vurğulayıb ki, ABŞ "sülhün müdafiəsi" naminə müharibəyə hazır olmalıdır.

P.Heqset vurğulayıb ki, əgər düşmənlər ABŞ-yə qarşı çıxmaq qərarına gələrlərsə, onlar dağıdıcı zərbə alacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью