ABŞ müdafiə nazirinin qardaşına və həyat yoldaşına yazdıqları onu pis vəziyyətdə qoydu

21.04.2025

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset "Siqnal" şəbəkəsində şəxsi yazışmaları olan qrupa Yəməndəki obyektlərə hazırlanan zərbələr barəsində məxfi informasiya göndərib. Pentaqon başçısının həyat yoldaşı, qardaşı və vəkili həmin qrupun üzvləridirlər.
Bu barədə "Nyu-York Tayms" nəşri, "Röyter" agentliyi və CNN telekanalı məlumat veriblər.
Martın 13-də Heqset əməliyyatda iştirak edən "F/A-18 Hornet" təyyarələrinin uçuş cədvəli məlumatlarını "Defense | Team Huddle" adlı danışıq qrupuna yönləndirib. Mənbələr söhbət qrupunun onun təyinatından əvvəl yanvar ayında yaradıldığını və onun yaxın çevrəsindən təxminən on nəfəri əhatə etdiyini söyləyirlər.
Nazirin həyat yoldaşı, "Fox News" kanalının keçmiş prodüseri Cennifer Heqset Müdafiə Nazirliyinin əməkdaşı olmasa da, ərini xarici hərbçilərlə görüşlərdə müşayiət edib. Heqsetin qardaşı və vəkili də həmin söhbət qrupunun üzvləridirlər, hər ikisi Pentaqonda işləsələr də, onlara hərbi məlumatların göndərilməsinin məqsədi bəlli deyil.
Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью