ABŞ müharibə başlayandan bəri Ukraynaya 182,99 milyard dollar ayırıb AZƏRTAC

16.11.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ABŞ Konqresi Kiyevə ümumilikdə 182,99 milyard dollar ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Pentaqonun baş müfəttişinin məruzəsində yer alıb. Həmin vəsait Ukraynaya Pentaqon, Dövlət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) daxil olmaqla federal qurumlar vasitəsilə ötürülüb.

Ayrılan vəsaitin 131,36 milyard dolları Ukraynanın hərbi ehtiyaclarına yönəldilib və bu, hər il artan templə davam edib.

Bir müddət öncə, Pentaqon Ukraynanın Şimali Atlantika Alyansına və Avropa İttifaqına gedən yolunu korrupsiyanın əngəllədiyini bildirib. ABŞ Müdafiə Nazirliyi, həmçinin xəbərdarlıq edib ki, korrupsiya və qanunun aliliyi ilə bağlı problemlər müharibədən sonra Ukraynanın iqtisadi dirçəlişinə də maneə törədəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью