GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“ABŞ nümayəndə heyəti İrana uranın zənginləşdirilməsinin 10 illik dondurulmasını təklif etdi, lakin Tehran bununla tamamilə razılaşmadı”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News”a verdiyi müsahibədə deyib.
“Biz müzakirə zamanı dedik ki, yanacağın pulunu ödəyəcəyik. Amma İran hakimiyyəti bu təklifi rədd etdiyindən, artıq Tehranla danışıqların mümkün olmadığını gördük”, – deyə o bildirib.
Uitkoff qeyd edib ki, Amerika nümayəndə heyəti üçüncü görüşə yalnız onlara son bir şans vermək üçün gedib.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.
Əliyar Xəlil
Globalinfo.az