ABŞ müharibəni uddu Tramp

14.11.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin hərbi baxımdan faktiki olaraq başa çatdığını və ABŞ-ın müharibəni udduğunu bildirib.

Modern.az The Hill-ə istinadən xəbər verir ki, Tramp buna baxmayaraq, ABŞ-ın Yaxın Şərqdə hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətində saxladığını və bunun ölkə büdcəsinə milyardlarla dollara başa gəldiyini deyib.

Tramp bildirib ki, ABŞ tam qələbə əldə etməlidir: “Biz qalib gəldik. İndi məsələ bunun nə vaxt başa çatdırılacağıdır. Biz tam qələbə əldə etməliyik. 93 faizlik deyil, tam qələbə”.

Prezident həmçinin ABŞ-ın Yaxın Şərqdə müdafiə etdiyi müttəfiqlərin müharibə ilə bağlı bütün xərcləri ABŞ-a geri ödəyəcəyini deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью