ABŞ müharibənin iki il davam etməsinə icazə verməyəcək

17.11.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-nin vitse-prezidenti Vens "Fox News"-a verdiyi müsahibədə Amerika administrasiyasının İranla müharibənin iki il davam etməsinə icazə verməyəcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki,  o, İranın nüvə proqramının hələ də ABŞ üçün təhlükə yaratdığını qeyd edib:

"Biz Amerika xalqına artıq sonsuz müharibələr aparmayacağımızı dedik. Bəli, prezident nüvə proqramını məhv etməli olduğuna inanırdı və bəli, İranın nüvə proqramı ABŞ üçün təhlükə yaradır. Amma biz bunu 10 və ya 15 il, hətta açığı, iki il belə uzatmayacağıq".

ABŞ-nin vitse-prezidenti vurğulayıb:

"Bir çox neokonservatorlar və digərləri bizim orada əbədi qalmağımızı istəsələr də, biz orada əbədi qalmayacağıq. Biz söz vermişdik ki, qalmayacağıq və mən əminəm ki, prezident bizi bu vəziyyətdən əla nəticələrlə çıxaracaq".

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью