525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ İranla müharibəyə gündə 1 milyard dollar xərcləyir.
525.az xəbər verir ki, bu barədə ölkə mediasında yer alan xəbərlərdə qeyd olunub.
Lakin bəzi ABŞ Konqres mənbələri Pentaqonun müharibəyə gündə təxminən 2 milyard dollar xərclədiyini qeyd ediblər. Bu rəqəm isə konqresmenlər tərəfindən narazılıqla qarşılanır.
“New York Times” qəzetinin məlumatına görə, Pentaqon rəsmiləri Konqresə müharibənin ABŞ-a ilk həftəsində təxminən 6 milyard dollara başa gəldiyini bildiriblər.
"Washington Post" qəzetinin məlumatına görə isə, Pentaqon İran müharibəsinin yalnız ilk iki günündə 5,6 milyard dollar dəyərində sursat xərcləyib.
İbrahim Cəfərov