ABŞ müttəfiqlərindən Çinin peyk rabitə xidmətindən imtina tələb edir

22.04.2025

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

"Çin provayderləri tərəfindən göstərilən peyk xidmətlərinin ölkənizdə icazə verilməməsini təmin etmək vacibdir"

Vaşinqton NATO müttəfiqlərindən Çinin peyk rabitəsi xidmətlərindən imtina tələb edir. AYNA.AZ xəbər verir ki, bu barədə “Nextgov/FCW” və “Defense One” nəşrləri ABŞ Dövlət Departamentinin memorandumuna istinadən məlumat yayıb.

Dövlət Departamentinin memorandumunda deyilir: "Çin provayderləri tərəfindən göstərilən peyk xidmətlərinin ölkənizdə icazə verilməməsini təmin etmək vacibdir".

Memorandumda həmçinin iddia edilir ki, Amerika peyk rabitəsi sistemləri “daha etibarlıdır”. Dövlət Departamenti Amerika müttəfiqlərini hədələyir ki, “SpaceX”, digər ABŞ şirkətləri kimi tərəfdaşların öz mülahizələri əsasında peyk rabitə sistemlərinə çıxışını məhdudlaşdırmaq və ya dayandırmaq hüququnu özündə saxlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью