ABŞ müttəfliqlərinə xəbərdarlıq etdi

22.09.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

ABŞ rəhbərliyi Avropa ölkələri, Yaponiya, Cənubi Koreya və Tayvan da daxil olmaqla mütəffiqlərinə xəbərdarlıq edib.

“Yeni Sabah” Bloomberg-ə istinadla xəbər verir ki, bağlanmış müqavilələr üzrə hava hücumundan müdafiə (HHM) sistemləri, onlar üçün raketlər və uzaqmənzilli hücum silahlarının tədarükü azı 5 il təxirə salına bilər.

Buna səbəb Vaşinqtonun mövcud hərbi resurslarını öncə öz ehtiyaclarının ödənilməsinə – son hərbi əməliyyatlar və münaqişələr fonunda kəskin şəkildə tükənmiş hərbi arsenalının bərpasına yönəltmək qərarıdır. Dördpendirli pizza

ABŞ-nin müdafiə sənayesi tərəfdaş ölkələrin artan sifarişlərini qısa müddətdə qarşılamaqda çətinlik çəkir. Bu gecikmələrin xüsusilə HHM sistemlərinə ehtiyacı olan müttəfiqlərin müdafiə planlarına böyük zərbə vuracağı vurğulanır.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью