Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
CNN xəbər verir ki, Vaşinqtondakı Paytaxt Yəhudi Muzeyi qarşısında İsrail səfirliyinin iki əməkdaşını öldürməkdə şübhəli bilinərək həbs edilən şəxs əvvəllər polisə məlum deyildi.
Telekanalın məlumatına görə , Çikaqodan saxlanılan 30 yaşlı Elias Rodriguez bu hadisədən əvvəl Amerika polisi tərəfindən tutulmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əmindirlər ki, Rodriges atəş açan yeganə şəxs olub və artıq heç bir təhlükə yoxdur.
Bundan əlavə, NBC News onun həbsi zamanı Fələstin tərəfdarı şüar səsləndirdiyini bildirib.
DOĞRU.AZ