ABŞ narahatdır, Türkiyə hücuma hazırlaşır...

17.12.2024

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Türkiyə və müttəfiqlərinin sərhəd yaxınlığında mövcudluğunu artırdığı üçün Suriyada hərbi əməliyyat planlaşdıra biləcəyindən narahatlığını ifadə edib.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadən məlumat yayıb.

“Türkiyə və silahlılar Suriya ilə sərhəddə qüvvələr toplayır və Vaşinqton Ankaranın suriyalı kürdlərin əlində olan ərazilərə genişmiqyaslı hücuma hazırlaşa biləcəyi barədə həyəcan təbili çalır. Toplanan qüvvələrə Türkiyə ilə şimal sərhədində yerləşən Kobani şəhəri yaxınlığında çoxlu sayda cəmləşmiş silahlılar, Türkiyə xüsusi təyinatlıları və artilleriya daxildir”, - məlumatda deyilib.

Qeyd olunur ki, Türkiyə əməliyyatı yaxın vaxtlarda başlaya bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью