Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Əməliyyat zamanı ümumilikdə səkkiz nəfər həlak olub
ABŞ qüvvələri Sakit okeanın şərqində narkotik daşıdığından şübhələndiyi üç gəmiyə zərbə endirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, nəticədə səkkiz nəfər ölüb.
ABŞ Cənub Komandanlığının açıqlamasında deyilir: "15 dekabrda Müdafiə Naziri Pit Heqsetin göstərişi ilə Birgə Operativ Qüvvə "Cənub Nizəsi" beynəlxalq sularda terrorçu təşkilatlara məxsus üç gəmiyə qarşı ölümcül kinetik zərbələr endirib".
Qeyd olunub ki, kəşfiyyat məlumatlarına görə, "gəmilər Sakit Okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutlarından keçirmiş və narkotik qaçaqmalçılığı ilə əlaqəlidir".
ABŞ ordusunun açıqlamasına görə, əməliyyat zamanı ümumilikdə səkkiz nəfər həlak olub.