ABŞ narkotik daşıyan növbəti Venesuela gəmisinə zərbə endirib

14.10.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Vaşinqton, 14 oktyabr, AZƏRTAC

ABŞ Venesuela sahillərində narkotik daşıdığı deyilən daha bir gəmiyə zərbə endirib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial mediada yazıb.

O bildirib ki, zərbə beynəlxalq sularda baş verib və nəticədə gəmidə olan 6 nəfər ölüb. Əməliyyat zamanı ABŞ qüvvələri zərər çəkməyib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью