Icma.az, Ayna portalına istinadən məlumat verir.
“Müxtəlif ölkələrə bir neçə min hərbçi göndərilə bilər və bu, əvvəllər də baş verib”
“ABŞ NATO-dan çıxmağı planlaşdırmır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.
Bildirib ki, “minlərlə amerikalı hərbçi Alyans çərçivəsində müxtəlif missiyalarda iştirak edir”.
“Biz NATO-nu tərk etmirik. Müxtəlif ölkələrə bir neçə min hərbçi göndərilə bilər və bu, əvvəllər də baş verib”, - Rubio qeyd edib.
Dövlət katibi deyib ki, ABŞ Avropa ölkələrinin Alyans daxilində rolunun güclənməsini müsbət hal kimi qiymətləndirir və Avropanı asılı tərəf kimi deyil, bərabərhüquqlu tərəfdaş qismində görmək niyyətindədir.