ABŞ NATO ya 10 milyardlıq silah satacaq

15.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropalı müttəfiqlərinə silah satışını əhəmiyyətli dərəcədə artıracaq, daha sonra isə bu ölkələr Ukraynaya silah tədarük etməyə başlayacaq. Vaşinqton birinci dalğada NATO müttəfiqlərinə təxminən 10 milyard dollar dəyərində silah satacaq.

Axar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Ukraynanın tədarük planına Rusiya ərazisinin dərinliklərinə zərbə endirə bilən uzaqmənzilli raketlər, həmçinin hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri daxil olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью