​ABŞ NATO ya sadiqdir Rubio

03.04.2025

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ NATO-ya sadiqdir.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib. O bildirib ki, ABŞ avropalı müttəfiqlərdən müdafiə xərclərini ümumi daxili məhsulun 5 faizinə qədər artırmaq öhdəliyini yerinə yetirməsini istəyir. Rubionun sözlərinə görə, ABŞ NATO-da əvvəlkindən daha fəaldır. Qlobal mediada və ABŞ-dəki bəzi yerli mətbuatda dərc edilən NATO ilə bağlı iddiaların əsassız olduğunu ifadə edən Rubionun sözlərinə görə, Donald Tramp NATO-nu dəstəklədiyini açıq şəkildə ifadə edib.

Rubio, ABŞ-nin NATO-nun daha güclü olmasını istədiyini vurğulayaraq, "Biz NATO-nun daha fəal olmasını istəyirik. NATO-nun daha güclü və fəal olmasının yolu tərəfdaşlarımızın, bu mühüm ittifaqı təşkil edən milli dövlətlərin daha çox imkanlara sahib olmasıdır" - deyə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью