ABŞ NATOdan çıxır?

10.12.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ yeni seçilmiş prezidenti Donald Trampın rəhbərliyi altında NATO-dan çıxmayacaq. 

"Cebheinfo.az" xəbər verir ki bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamysz “Radio Zet”-də verdiyi açıqlamada bildirib. Polşanın müdafiə naziri bir radio aparıcısının Tramp dövründə ABŞ-nin NATO-dan çıxıb-çıxmayacağı ilə bağlı sualına “Xeyr” cavabını verib. 

“Trampın bəyanatları mühüm rol oynayır - onlar NATO üzvlərinin müdafiə xərclərinə ÜDM-in ən azı 2%-ni ayırmaq öhdəliyinə əməl etməyənləri səfərbər etməlidir”, - nazir deyib. Bundan əvvəl Tramp “NBC News” telekanalına müsahibəsində bildirmişdi ki, üzv ölkələr maliyyə öhdəliklərini yerinə yetirməsələr, o, ABŞ-nin alyansdan çıxmasını “mütləq” nəzərdən keçirəcək. O vurğulayıb ki, NATO üzvlərinin maliyyə öhdəlikləri Vaşinqtonun alyansda iştirakını davam etdirmək üçün həlledici şərtdir. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью