Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Çin Hörmüz boğazının yenidən açılması məqsədilə Birləşmiş Ştatların həyata keçirdiyi əməliyyata dəstək verməlidir.
Redaktor.az xəbər verir ki, nazirin bu bəyanatı "Clash Report" nəşri tərəfindən "X" sosial şəbəkəsində paylaşılıb.
"Mən Çin hökumətini bu beynəlxalq əməliyyatın dəstəklənməsində bizimlə birgə addım atmağa səsləyirəm", - deyə nazir vurğulayıb.