ABŞ naziri: Rusiya müharibəni dayandırmasa, böyük problemlərlə üzləşəcək

15.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Ukraynada müharibəni dayandırmasa, böyük problemlərlə üzləşəcək.

APA xəbər verir ki, bunu ABŞ müharibə naziri Piter Heqset “Ramşteyn” toplantısının açılışında deyib.

“Əgər bu müharibə sona çatmasa, qısa müddətdə sülhə yol tapılmazsa, ABŞ və müttəfiqləri Rusiyanın təcavüzünü davam etdirməsinə görə ona zərər vurmaq üçün lazım olan tədbirləri görəcək,” - deyə nazir bildirib.

Heqset əlavə edib ki, ABŞ NATO tərəfdaşlarını “sözləri əmələ çevirməyə” və Ukraynaya silah tədarükünü artırmaqla onun Rusiyaya qarşı müqavimət gücünü dəstəkləməyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью