ABŞ nə üçün Rusiyaya rüsum tətbiq etməyib?

03.04.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Rusiya cavab idxal rüsumlarına məruz qalan ölkələr siyahısına daxil edilməyib, lakin o, yeni sanksiyalarla üzləşə bilər".

"Unikal" xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Caroline Levitt deyib. 

Levitt qeyd edib ki, Kuba, Belarus və Şimali Koreya da idxal rüsumları tətbiq edilən ölkələr siyahısına daxil edilməyib, “çünki onlara qarşı mövcud tariflər və sanksiyalar artıq çox yüksəkdir”.

Xatırladaq ki, Donald Tramp çərşənbə günü ABŞ-nin xarici ticarət tərəfdaşlarına cavab rüsumları tətbiq etmək qərarını açıqlayıb.

Gülayə Mecid


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью