ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

10.06.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 iyun, AZƏRTAC

Cari ildə “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 95,39 dollar olacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Qurumun ötənaykı proqnozu 95,85 dollar idi.

EIA-ya görə, “Light” markalı xam neftin bir barelinin orta qiyməti isə bu il 88,32 dollar olacaq. Əvvəlki proznoz 85,68 dollar idi.

Gələn il “Brent” neftinin bir barelinin qiymətinin orta hesabla 79,39 dollar, “Light”ın bir barelinin qiymətinin isə 74,39 dollar olacağı proqnozlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью