ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

07.10.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Cari ildə “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 96,32 dollar olacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Qurumun ötənaykı proqnozu 91,01 dollar idi.

EIA-ya görə, “Light” markalı xam neftin bir barelinin orta qiyməti isə bu il 88,21 dollar olacaq. Əvvəlki proznoz 84,65 dollar idi.

Gələn il “Brent” neftinin bir barelinin qiymətinin orta hesabla 83,74 dollar, “Light”ın bir barelinin qiymətinin isə 79,74 dollar olacağı proqnozlaşdırılır. Əvvəlki proqnozlar müvafiq olaraq 73,74 dollar və 69,74 dollar idi.

EIA-nın məlumatına əsasən, beynəlxalq etalon hesab edilən “Brent” neftinin orta qiyməti sentyabr ayında barrel üçün 114 dollar olub. Bu, avqust ayının orta göstəricisindən 23 dollar yüksəkdir. “Brent”in spot qiymətinin cari ilin dördüncü rübündə orta hesabla barrel üçün 105 dollar olacağı göslənilir ki, bu da ötən ayın hesabatındakı proqnozdan 14 dollar yüksəkdir.

Qiymət proqnozlarının yuxarıya doğru yenidən nəzərdən keçirilməsi Yaxın Şərqdə tədarükün pozulmasının qlobal neft ehtiyatlarının azalmasına və dizel bazarındakı sıxlığın qiymətləri yüksək saxlamasına səbəb olması ilə əlaqələndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью