ABŞ neft quyularına hücum edərsə... İran hədələdi

24.04.2026

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ İranın neft quyularına hücum edərsə, İran hücumun həyata keçirildiyi ölkənin obyektlərinə daha böyük güclə zərbə endirəcək.

"Unikal" xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Esmail Sakab İsfahani bildirib.

"Əgər neft quyularımızdan hər hansı birinə hücum edilərsə, ərazisindən hücuma məruz qaldığımız ölkələrin neft obyektlərindən biri hədəfimizə çevriləcək", - deyə İsfahani bildirib.

O vurğulayıb ki, keçmişdə İran hücumlara simmetrik cavab strategiyasına sadiq idi, lakin indi hakimiyyət düşmənin hər hansı bir səhvinə daha sərt və qətiyyətli cavab veriləcəyi barədə xəbərdarlıq edir.

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью