Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Tanınmış Azərbaycan şairi Qulu Ağsəsin “Bircə rəng var - AĞ” şeiri ABŞ-da dərc edilib.
Los-Ancelosda yayılan “Maskomania News” nəşri müstəqil beynəlxalq rəqəmsal xəbər və geosiyasi təhlil platforması olsa da, mədəniyyətə də yer ayırır. Yazıçı - tərcüməçi Kamran Nəzərlinin ingiliscəyə çevirdiyi şeirdən əlavə Qulu Ağsəs haqqında “Az sözə bir dünya sığdıran şair” adlı məqalə də çap edən “Maskomania News” şairin adına ayrıca səhifə açıb.
XQ