Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Qan Turalı yazır... Əvvəllər, dəniz quldurları var idi.
Bizdə də buna bənzər dəstələr mövcud olub. Məsələn, yolkəsənlər. Adımıza söz çıxartmayaq, onlar tək bizdə olmayıblar.
Dünyanın bütün ölkələrində olublar. Feodal mütləqiyyəti dövründə də dövlətlər yollarda heç də həmişə əmin-amanlıq yarada bilməyiblər.
Yolların əmin-amanlığını təmin etmək XX əsrdən mümkün olub. Aradan illər, qərinələr, əsrlər keçdi.
Dəniz quldurluğu kiçik miqyasda olsa da qalıb. Ancaq müasir dünyanın başqa bir ciddi problemi var, kiberquldurluq!
Bu quldurluq növü miqyasına görə bütün quldurluq növlərini üstələyir.
Çünki bu quldurluğu hədəfdən minlərlə kilometr uzaqda da gerçəkləşdirmək mümkündür.
Və burada əldə olunan vəsaitin həcmini nə dəniz, nə də quru quldurluğu ilə müqayisə etmək mümkündür.