Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki 3 ABŞ hərbi sursat anbarını məhv edib.
Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının müşahidə qülləsinə zərbə endirilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidmətinin açıqlamasında bildirilib.
İranın məlumatına görə, cavab zərbələrinin 27-ci mərhələsi zamanı Küveytdəki ABŞ Əl-Udəyri hava bazasındakı üç sursat və avadanlıq anbarına hücum edilib. Tehranın iddiasına görə, qülləyə ciddi ziyan dəyib.
ABŞ və İran arasında münaqişənin son eskalasiyası 8 iyulda ABŞ-nin İran ərazisinə bir sıra zərbələrindən sonra başlayıb. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omandakı ABŞ hədəflərinə zərbələr endirib.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin