ABŞ nin aviadaşıyıcı zərbə qrupu Tailandın Pxuket adasına gəlib

04.10.2026

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qrupu planlı səfər çərçivəsində Tailandın Pxuket adasına gəlib.

Bu barədə ABŞ-nin Tailanddakı səfirliyi məlumat yayıb.

Məlumata görə, zərbə qrupunun flaqmanı olan "Nimitz” sinfinə məxsus "USS George H.W. Bush” aviadaşıyıcısı və "Arleigh Burke” sinfinə aid idarəolunan raket esminesi "USS Delbert D. Black” Tailandda səfərdədir.

Bildirilib ki, Pxuket aviadaşıyıcı zərbə qrupunun mart ayında Virciniya ştatının Norfolk və Florida ştatının Meyport limanlarından hərbi tapşırıqların icrası üçün yola düşməsindən sonra ilk dayanacağıdır.

///teleqraf///

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью