ABŞ nin Avropadakı hərbi qüvvələrinin ixtisarı gözləniləndən az olacaq

15.11.2026

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hazırda ABŞ-nin Avropadakı hərbi kontingentinin sayı təxminən 80 min nəfərdir. Avropa müttəfiqləri əvvəllər Vaşinqtonun 25 min hərbçini geri çəkəcəyindən ehtiyat edirdilər. Lakin indi ixtisarın təxminən 5 min nəfər olacağı gözlənilir.

Bu dəyişiklik NATO üzvü ölkələrin müdafiə xərclərini artırması və bunun Vaşinqtonda müsbət qarşılanması ilə əlaqələndirilir. Bundan başqa, Pentaqon rəhbərliyi İranla münaqişə şəraitində ABŞ-nin Avropadakı hərbi mövcudluğunun əhəmiyyətini dərk edib. Agentliyin yazdığına görə, İrana qarşı hərbi əməliyyatlar zamanı ABŞ Avropadakı bazalara və müttəfiq ölkələrin hava məkanından istifadə imkanlarına güvənir.

“Bloomberg”in məlumatına əsasən, ixtisarlar əsasən Almaniyaya təsir edəcək, NATO-nun şərq cinahı isə gücləndiriləcək.

Agentlik qeyd edir ki, Pentaqon rəhbəri Pit Heqset dekabrın 1-dək məsələ ilə bağlı yekun tövsiyələrini ABŞ Prezidenti Donald Trampa təqdim etməlidir.(Teleqraf)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью