ABŞ nin Avropadakı Quru Qoşunlarının komandanı istefaya gedir

25.06.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunlarının komandanı general Kristofer Donahyu iyulun 2-də vəzifəsini tərk edəcək.

Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Ordusunun bəyanatında deyilir.

"Xxüsusi əməliyyatlarda iştirak təcrübəsi olan və NATO-nun Avropadakı Quru Qoşunlarının komandanı vəzifəsində çalışan Donahyu Avropanın hərbi və siyasi liderləri arasında böyük hörmətə malikdir", - agentlik xatırladıb.

Qeyd olunub ki, general həmçinin 2021-ci ildə Amerika qoşunlarının çıxarılması zamanı Əfqanıstanı tərk edən sonuncu əsgər kimi tanınır.

Daha əvvəl müxtəlif mənbələr iddia edirdilər ki, Donahyu Pentaqon rəhbəri Pit Heqsetlə fikir ayrılıqlarına görə vəzifəsindən azad oluna bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью