Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ-nin Azərbaycandakı səfirliyi avtomobillərin onlayn hərrac yolu ilə satışını həyata keçirir.
XQ-nin məlumatına görə, səfirlikdə istifadə olunmuş nəqliyyat vasitələri hərraca çıxarılıb. Hərracla bağlı məlumatlar onlayn platformada təqdim olunur.
Sosial şəbəkələrdə yayılan məlumatlarda hərraca “Ford F-150” markalı avtomobillərin də çıxarıldığı bildirilir. Lakin bu məlumatı təsdiqləyən rəsmi avtomobil siyahısı hazırda açıq mənbələrdə aşkarlanmayıb.
Qeyd edək ki, ABŞ-nin Bakıdakı səfirliyi əvvəlki dövrlərdə də istifadə olunmuş nəqliyyat vasitələrinin hərrac yolu ilə satışını həyata keçirib.