Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
İraq müqavimət qrupu olan “Səraya Əuliya əl-Dam” ABŞ-nin Bağdad hava limanı ərazisindəki “Viktoriya” hərbi bazasına hücum edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Mehr News” agentliyi məlumat yayıb.
Qeyd edək ki, “Səraya Əuliya əl-Dam” İraqda yerləşən şiə qruplaşmasıdır. Təşkilat Şimali İraqda ABŞ-a qarşı əməliyyatları ilə tanınır. 2021-ci ildə qruplaşma Ərbilə raket hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb.
İranın Dövlət Televiziyasının məlumatına görə, Amerikanın “Palm Jet” təyyarəsi vurulub və uçuş-enmə zolağı zədələnib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin