ABŞ nin BƏƏ dəki bazası vuruldu

31.08.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikanın BƏƏ-dəki "Əl-Minhad" bazası İran ordusunun dron hücumuna məruz qalıb.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, hücum ABŞ-nin Larak adasına dron hücumuna cavab olaraq həyata keçirilib.

"BƏƏ-nin "Əl-Minhad" bazasında Amerika ordusunun helikopterləri və qüvvələrinin yerləşdiyi məkanlara onlarla PUA buraxılıb", - məlumatda bildirilib.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı bazasına hücum edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью