Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Manamadakı səfirliyi Bəhreyndə yaşayan Amerika vətəndaşlarını İran və Yəməndə fəaliyyət göstərən “Ənsarallah” Hərəkatının (husilərin) mümkün hücumları ilə əlaqədar ehtiyatlı olmağa çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin bəyanatında bildirilib.
“Bəhreyndəki Amerika vətəndaşları İranın dəstəklədiyi husilərin silahlı hücum təhlükəsinin artması və İranın regionda ABŞ obyektlərinə hücum cəhdləri ilə əlaqədar yüksək sayıqlıq nümayiş etdirməlidirlər”, - bəyanatda qeyd olunub.
Səfirlik mümkün uşuşların ləğvi, hava məkanının bağlanması və nəqliyyat əlaqəsində fasilələr barədə də xəbərdarlıq edib. ABŞ vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmaq, yerli KİV-in məlumatlarını izləmək, hava hücumu zamanı isə pəncərələrdən və şüşəli qapılardan uzaq dayanmaq tövsiyə olunub. Bununla belə, səfirliyin fəaliyyətini adi qaydada davam etdirdiyi bildirilib.
Noyabrın 15-də Bəhreynin hava hücumundan müdafiə sistemləri İran tərəfindən həyata keçirilən hücum zamanı bir neçə hava hədəfini məhv edib. Həmin gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndəki Ər-Rifa helikopter bazasında yerləşən ABŞ radar stansiyasına zərbə endirdiyini açıqlayıb.