ABŞ nin Bəndər Xomeyni şəhərinə zərbələri nəticəsində 7 nəfər ölüb

17.07.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ-nin İranın Bəndər Xomeyni şəhərinə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.

XQ xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı daha 9 nəfər yaralanıb. Xilasetmə və təcili tibbi yardım xidmətləri hadisə yerində fəaliyyətini davam etdirir.

Bildirilib ki, zərbələr nəticəsində iki körpüyə ziyan dəyib. Bəndər Abbas–Lar avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudiyyətlərlə bərpa olunub və sürücülərə həmin marşrutdan istifadə etməmələri tövsiyə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью