ABŞ nin birinci xanımı haqqında film son illərin ən uğurlu sənədli layihəsi ola bilər

02.02.2026

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin birinci xanımı Melaniya Tramp haqqında çəkilən “Melaniya” adlı sənədli film premyera günündə təxminən 2,9 milyon dollar gəlir əldə edib.

Kulis.az xəbər verir ki, "The Hollywood Report" nəşrinin yazdığına görə, film son 10 ilin ən uğurlu sənədli layihəsi ola bilər və ilk həftəsonu 8 milyon dollardan çox gəlir toplaması gözlənilir.

Ekran işi Melaniya Trampın həyatından ərinin ikinci inauqurasiyasına aparan 20 günü əhatə edir.

Bununla yanaşı, film bəzi ölkələrdə maraq doğurmayıb, "Daily Record" nəşrinin məlumatına əsasən, Şotlandiyada premyera nümayişlərinə cəmi 16 bilet satılıb.

"Variety" isə filmin Cənubi Afrika Respublikasında, ümumiyyətlə, kinoteatrlarda nümayişdən çıxarıldığını bildirib.

700-dən çox sənətçi süni intellektə qarşı Musiqili Teatrın yeni layihəsi: "Şahmaran" əfsanəsi əsasında Heydər Əliyevin Moskvadakı çıxışı və sarsılan imperiya - 20 Yanvarla doğulan milli şüur
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью