ABŞ nin bu hərəkətləri onu nüfuzdan salacaq Kərəm Məmmədov | Icma.az
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. ABŞ Prezidenti Donald Tramp ölkədə dəyişikliklərə davam edir.
O, Baydenin qəbul etdiyi qanunların bir qismini ya ləğv etdi, ya da dəyişdirdi. Bundan başqa Tramp xarici siyasətində də aktivlik göstərir.
Amerika lideri hələ də Kanada, Qrenlandiya, Panama kanalını ABŞ-nin bir parçası etmək istəyir.
Bununla yanaşı bir çox siyasətçi onun İranı hədəf olaraq seçdiyini bildirir.
Onun Ukrayna-Rusiya müharibəsinin həllində də rol alacağı gözlənilənlər sırasındadır.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədovun fikrincə, Trampın Kanadanı ABŞ-nin növbəti ştatı edəcəyi real görünmür: "Kanada müstəqil dövlətdir və onun ABŞ tərəfindən zəbt edilməsi dünyada heç də birmənalı qarşılanmayacaq.
Nəticədə ABŞ nüfuzdan düşməklə qarşılaşacaq. Ona görə də bunu mümkün hesab etmirəm.
Qrenlandiyada isə ən çoxu hərbi bazalar yerləşdirilə bilər. Panama ilə bağlı dedikləri də bilavasitə kanaldan keçidlə bağlıdır.
Tam oxu
Xəbəri oxu