ABŞ nin büdcə kəsiri 2 trilyon dollara yaxımlaşır

18.01.2025

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


ABŞ-nin federal büdcə kəsiri 2025-ci maliyyə ili üçün 1,9 trilyon dollar təşkil edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat ABŞ Konqresinin Büdcə Bürosunun hesabatında yer alıb.
Sənəddən belə məlum olur ki, 2025-ci maliyyə ilində federal büdcə kəsiri 1,9 trilyon dollar təşkil edir və 2035-ci ilə qədər bu rəqəmin 2,7 trilyon dollara yüksələcəyi gözlənilir.
Bu məlumatlara görə, ABŞ-nin dövlət borcu 2035-ci ildə ÜDM-in 118%-nə qədər artacaq və sonrakı illərdə bu rəqəm artmaqda davam edəcək.
Bu tendensiyanın səbəbləri arasında məcburi xərclər və faiz ödənişlərinin artımı gəlir artımını üstələyəcək.
Ölkənin dövlət borcu isə ilk dəfə 2024-cü ilin noyabrında 36 trilyon dolları ötüb.
Qeyd edək ki, ABŞ Konqresinin Büdcə Bürosu qanunverici orqan daxilində onu iqtisadi məlumat, təxminlər və proqnozlarla təmin edir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью