“ABŞ nin danışıqlar və ya müharibə istəməsi bizim üçün əhəmiyyət daşımır“ Qalibaf

15.11.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Silahlı qüvvələrimizin nailiyyətləri sayəsində "nə müharibə, nə sülh" vəziyyətində qalmayacağıq. ABŞ-nin danışıqlar aparmaq və ya müharibə etmək istəməsi bizim üçün ümumiyyətlə vacib deyil".

Moderator.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

O əlavə edib ki, əgər Vaşinqton İranın 7 şərtini qəbul edərsə, razılaşma yolu açıqdır:

"Lakin amerikalılar bu dəfə səhvə yol versələr, döyüş coğrafiyasını onların istək və iradəsi deyil, İran Silahlı Qüvvələrinin gücü və iradəsi müəyyən edəcək. Yeni müharibənin zərəri isə çoxlarına dəyəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью