ABŞ nin daxili təhlükəsizlik naziri qarət edildi

21.04.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Naməlum şəxs ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noemin çantasını oğurlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Hadisə Vaşinqtonun mərkəzində, Noemin şam etdiyi restoranda baş verib.

Telekanalın mənbəsinin bildirdiyinə görə, çantada sürücülük vəsiqəsi, dərmanlar, mənzil açarları, pasport, rəsmi sənəd, kosmetik çanta və təxminən 3000 dollar pul olub.

Nazirin təhlükəsizliyini təmin edən Məxfi Xidmətin əməkdaşları restoranın kameralarının görüntülərini yoxlayıb və çantanın tibbi maska ​​taxan naməlum şəxs tərəfindən oğurlandığını müəyyən ediblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью