ABŞ nin dayanması yalnız bir halda mümkündür Hərbi ekspert AÇIQLADI

03.09.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"ABŞ son günlər İrana qarşı zərbələrin sayını kifayət qədər artırıb. Daha əvvəl yalnız hərbi hədəflərə zərbələr endirilirdisə, hazırda ABŞ-nin Hürmüz boğazındakı İran tankerlərini də nişan aldığı faktdır. Sentyabrın 1-dən başlayaraq 100 hava zərbəsi endirən ABŞ-nin, bəzi mənbələrin məlumatına görə, Hürmüz boğazında 20-yə yaxın İran mülki gəmisini də sıradan çıxardığı bildirilir".

Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirdi.

Onun sözlərinə görə, İranın zərbələri qətiyyətlə effekt vermir:

"Bu zərbələr daha çox ABŞ-nin Körfəz ölkələrindəki obyektlərinə açılır, amma onların da sayı əvvəlkindən dəfələrlə azdır. Son dəfə İordaniyaya atılan 8 raketdən biri vurulub, biri isə boş səhralıq əraziyə düşdüyü üçün ona atəş açılmayıb. Belə olan bir vəziyyətdə ABŞ-nin dayanması yalnız bir halda mümkündür ki, İran Tramp tərəfindən verilən təklif və tələbləri qəbul etsin. Daha əvvəl əldə olunan anlaşma memorandumu hazırda qüvvədə deyil, amma ABŞ-nin irəli sürdüyü tələblər də əvvəlkindən daha sərtdir. Hesab edirəm ki, bu tələblər İran tərəfindən yerinə yetirilməyənə qədər ABŞ bu və ya digər şəkildə İrana zərbələrini davam etdirəcək".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью