ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23.07.2025

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hurriyyet.az xəbər verir ki, Suriya ilə İsrail yenidən Bakıda danışıqlar aparamağa başlayacaqlar. Prosesə ABŞ-nin də qoşulacağı gözlənilir.
Bu barədə "Al-Hadath" telekanalı mənbələrə istinadla məlumat verib. Bakıda Suriya ilə İsrail arasında əsas razılaşmaların hazırlanmasının yekunlaşacağı gözlənilir.
"Axios" nəşrinin yazdığına görə, iyulun 24-də ABŞ təmsilçiləri də danışıqlara qoşulacaqlar. Nəşrə məlumat verən israilli mənbə qeyd edib ki, ABŞ, İsrail və Suriya hökumətləri arasında hərtərəfli razılaşmalar olmadan fundmental fikir ayrılığını aradan qaldırmaq mümkün olmayacaq.
Hürr Tərcüman

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью