ABŞ nin dəstəyi sosial yardım kimidir Netanyahu planlarını açıqladı

02.07.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail ABŞ-nin maliyyə dəstəyindən imtina etməyə hazılaşır.

"Azpolitika" xəbər verir ki, bununla bağlı İsrail hökumətinin planlarını Baş nazir Benyamin Netanyahu açıqlayıb.

Netanyahu deyib ki, Amerika yardımından imtina etmək istəyir: 

"Bu, sosial yardım kimidir. Mən bunu istəmirəm".

Baş nazirin sözlərinə görə, o, İsrailin on il ərzində ABŞ-dən asılılığını tədricən azaltmasını istəyir.

Netanyahu bu istəyi İsrail iqtisadiyyatının uğuru ilə əlaqələndirib. 

O qeyd edib ki, ABŞ-ın maliyyələşdirməsi ÜDM-in yalnız kiçik bir hissəsini təşkil edir, İsrail isə artıq yalnız öz resurslarına güvənmək üçün kifayət qədər maliyyə imkanlarına malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью