Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ABŞ Prezidenti Donald Trampın Azərbaycanı “Qəzza Sülh Şurası”nda iştirak etməyə dəvət etməsi sadəcə diplomatik akt deyil, Azərbaycanın beynəlxalq sistemdə və regionda artan çəkisinin, etibarlı siyasi aktor kimi qəbul olunmasının göstəricisidir”.
Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Amid Əliyev deyib: “Bu addım tarixi bir presedentdir.
Azərbaycan ABŞ-la birlikdə Əfqanıstanda, İraqda və Kosovoda sülhü qoruma və sülhyaratma əməliyyatlarında iştirak edib.
“Qəzza Sülh Şurası”nda iştirak üçün dəvət isə məzmunca bu siyasətin səviyyəcə daha yüksək pilləsinə uyğun hesab olunur.
Burada sülhün qorunması silah yolu ilə deyil, diplomatik vasitələrlə təmin olunması ön plana çıxır.
Bu dəvət həm də Vaşinqtonun Yaxın Şərq strategiyasında yeni yanaşmaya keçdiyini göstərir.
Prosesə yalnız klassik güc mərkəzlərini deyil, balanslı, legitim və dialoq qura bilən ölkələri cəlb etmək niyyəti ortaya çıxır”.