Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın ali rəhbəri Müctəba Xamenei ABŞ-nin dünyadakı hökmranlığının zəiflədiyini və bu prosesin sürətləndiyini bildirib.
Modern.az xəbər verir ki, Xamenei noyabrın 4-də İranda qeyd olunan “Qlobal təkəbbürə qarşı mübarizə günü” münasibətilə müraciətində ABŞ-nin siyasətini tənqid edib.
O iddia edib ki, Fars körfəzi və Hörmüz boğazında baş verən hadisələr ABŞ-nin məğlubedilməzliyi barədə təsəvvürləri sarsıdıb, təhlükəsizliyini xarici güclərə bağlayan dövlətlərin zəifliyini göstərib.
Xamenei İranın Hörmüz boğazına nəzarətini və regiondakı ABŞ hərbi bazalarına zərbələri Vaşinqtonun hücumlarına cavab kimi təqdim edib. O, yeni hücumlar olacağı təqdirdə İranın cavabının daha geniş olacağı barədə xəbərdarlıq edib.
İranın ali rəhbəri ABŞ-də daxili siyasi dəyişikliklərin və ya Tehranın güzəştlərinin Vaşinqtonun siyasətini dəyişəcəyinə ümid bəsləməyin yanlış olduğunu söyləyib. Onun fikrincə, geri çəkilmək ABŞ-ni yeni tələblər irəli sürməyə təşviq edəcək.
Xamenei ölkənin gücləndirilməsi siyasətini davam etdirməyə çağırıb və cəmiyyətin birliyini çəkindirmə imkanlarının artırılmasının əsas şərti adlandırıb.