Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin iri banklarından biri olan “United Fidelity Bank” müflis olub.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
ABŞ-nin Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiyasının (FDIC) açıqlamasına görə, bankın bütün aktivləri və depozitləri “First Citizens” bankına ötürülüb. Bankın ləğvi prosesinin idarə edilməsi FDIC-yə həvalə olunub.
Bankın bağlanmasının Əmanətlərin Sığortalanması Fonduna 1,83 milyard dollara başa gələcəyi proqnozlaşdırılır.
Bu, 2024-cü ilin aprelində “Republic First Bank”ın bağlanmasından sonra ABŞ bank sektorunda ən böyük müflisləşmə hadisəsidir.