ABŞ nin gecə zərbələri İranda 19 nəfərin ölümünə səbəb oldu

02.09.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gecə (sentyabrın 2-də) ABŞ-nin İranın cənubuna endirdiyi zərbələr nəticəsində həyatını itirənlərin sayı 19 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata əsasən, Kuhestakda dörd, Xuzistan əyalətində isə daha yeddi nəfər həlak olub.
 

Kirmanşahda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dörd hərbi qulluqçusu, Lavan adasında isə "Bəsic" müqavimət qüvvələrinin üç üzvü həyatını itirib.


Daha bir nəfər isə Fars əyalətinin Cəhrom şəhərində həlak olub.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью