ABŞ nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

16.10.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 oktyabr, AZƏRTAC

ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS George H. W. Bush” təyyarədaşıyan gəmisi Tailanda səfərindən sonra Ərəbistan dənizinə qayıdıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, gəmi və onun təxminən 5 min nəfərlik heyəti planlaşdırılmış yerləşdirmə çərçivəsində ABŞ-nin Yaxın Şərqdəki əməliyyatlarını dəstəkləməyə davam edir.

Məlumata görə, “USS George H. W. Bush” və “USS George Washington” təyyarədaşıyan gəmilərinin rəhbərlik etdiyi dəniz qrupları yenidən bölgədə fəaliyyət göstərir. ABŞ Hərbi Dəniz Qüvvələrinin digər gəmiləri də Ərəbistan dənizi, Hind okeanının şimal-qərbi və Qırmızı dənizdə yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью