ABŞ nin Gürcüstana yanaşması bu halda dəyişəcək Baş nazir

31.01.2025

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bizim “dərin dövlət”in son nəticədə ABŞ-də məğlub olacağına böyük ümidimiz var. Belə olan halda Gürcüstana yanaşma tamamilə dəyişəcək”.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti ABŞ-nin yeni administrasiyası ilə sıx əməkdaşlığı çox istəyir.

“Biz strateji tərəfdaşlığı hər iki tərəf üçün konkret nəticələri əks etdirəcək yol xəritəsi ilə təmiz səhifədən yeniləmək istəyirik. Bunun üçün fəal iş aparacağıq”, - baş nazir bildirib.

Xatırladaq ki, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью