ABŞ nin Gürcüstandakı səfiri vəzifəsini tərk edir

05.06.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan öz istəyi ilə vəzifəsindən getmək istəyir.

Bakıvaxtı.az bu barədə diplomatik missiyanın sosial şəbəkələrdəki paylaşımına istinadla xəbər verir.

"ABŞ-ni təmsil edən diplomat olaraq 33 il işlədikdən sonra istefaya getmək qərarına gəldim", - o qeyd edib.

O bildirib ki, ABŞ-nin Gürcüstandakı səfiri kimi gördüyü işlərlə fəxr edir.

Diplomat iyulda postundan rəsmən gedənə qədər Vaşinqton və Tbilisi arasındakı əlaqələrin möhkəmləndirilməsi üzərində işləməyə davam edəcəyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью