ABŞ nin Gürcüstandakı səfirliyi viza depozitinin tətbiqinə başlayıb

19.03.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 19 mart, AZƏRTAC

ABŞ-nin Gürcüstandakı səfirliyi viza depozitinin tətbiqinə başlayır.

AZƏRTAC xəbər verir ki, ABŞ səfirliyi bu barədə məlumat yayıb.

Bildirilir ki, aprelin 2-dən etibarən B1/B2 vizası üçün tələblərə cavab verən Gürcüstan vətəndaşları 15 min dollara qədər depozit ödəməlidirlər. Gürcüstan vətəndaşları üçün B1/B2 vizaları depozit ödəniləndən sonra veriləcək. Bu tələb müraciətin aparıldığı yerdən asılı olmayaraq tətbiq edilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью